Azərbaycan Prezidenti milli bayram münasibətilə moldovalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Moldovanın milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident İqor Dodona təbrik məktubu göndərib.

“Report” xəbər verir ki, dövlət başçısı məktubda Azərbaycan ilə Moldova arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə inandığını bildirib.

Azərbaycan Prezidenti moldovalı həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, dost Moldova xalqına sülh və rifah diləyib.