Ağdamın “Qarabağ” futbol klubunun ispaniyalı legionerləri Dani Kintana, Miçel və məşqçi Ruben Selles öz ölkələrinin nüfuzlu idman nəşri olan “As” qəzetinə müsahibə veriblər.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsini böyük maraqla izləyən İspaniya mətbuatı komandamızın “Atletiko Madrid” ilə bir qrupda yer almasına da xüsusi diqqət yetirir.

Məqalədə “Atletiko Madrid” klubunun da Azərbaycanda populyar olması qeyd edilir. “Qarabağ”ın ispaniyalı üzvləri “As” qəzetinə müsahibələrində komandanın tarixindən, baş məşqçi Qurban Qurbanovun fəaliyyətindən, Ağdamın işğal altında qalmasından, “İmarət” azarkeş qrupundan danışıblar.

 

AZƏRTAC