Arda Turanın “Barselona”dan ayrılacağı ilə bağlı xəbərlərin sayı artır.
Astarainfo.az Ölkə.Az -a istinadən xəbər verir ki, baş məşqçi Ernesto Valverdenin oynatmadığı futbolçu ilə bağlı yeni xəbərlər yayılıb.
“Diario Gol”ın iddiasına görə, Ardaya hazırkı maaşından daha az məvaciblə oynaması təklif olunub. Lakin futbolçu bundan imtina edib. Bundan sonra isə baş məşqçi ilə aralarında problemlər yaranıb.
Valverdenin Neymarın gedişindən sonra onun mövqeyində oynaya bilməsinə rəğmən Ardanı planlarına daxil etmədiyini yazan qəzet türk futbolçunun komandada ən çox sevilən oyunçulardan biri olduğunu qeyd edib. Hətta bəzi futbolçular onun komandada saxlanılması ilə bağlı fikirlərini bildirdiyi deyilir. Amma Valverde geri çəkilməyib və Ardanın göndərilməsi ilə bağlı qərarının qəti olduğunu bildirib
Arda Turanı müdafiə edən futbolçuların arasında komandanın lideri Lionel Messi və Cerard Pikenin də olduğu bildirilir. Lakin baş məşqçi onların heç birini dinləməyib.