Səhiyyə Nazirliyi: Partlayış zamanı 6 nəfər yaralanıb — ADLAR + YENİLƏNİB

Hərbi hissənin silah anbarında baş vermiş partlayışla əlaqədar hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib.

Bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissənin silah anbarında baş verən partlayış zamanı xəsarət alan şəxslərin adları məlum olub.

Astarainfo.az Ölkə.Az -a istinadən xəbər verir ki, xəsarət alan şəxslər həmin hərbi hissənin əməkdaşlarıdır:

Hüseynov Kamran Rasim oğlu
Abbasov Nəsimi Bibiqulu oğlu
Ağayev Məhəmməd Ağarza oğlu
Cəbrayılov Vidadi Talıb oğlu
Məmmədyarov Samir Fazil oğlu
Dəmirov Əlverdi Alışoğlu

Siyəzən Diaqnostika Mərkəzindən bildirilib ki, xəsarət alan şəxslərin durumu stabildir, həyatları üçüçn təhlükə yoxdur.

***

Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova yerli mətbuata bildirib ki, hadisə nəticəsində 6 nəfər yaralanıb.

Hazırda onlar Siyəzən Diaqnostika Mərkəzinə aparılır.

Yaralıların arasında vəziyyəti ağır olan yoxdur.

***

Ölkə.Az-ın məlumatına görə, bu barədə APA-ya Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov məlumat verib.

Baş həkim qeyd edib ki, partlayışla müşayiət olunan yanğın davam etdiyindən təcili yardım maşınları əraziyə buraxılmır.

Hadisə nəticəsində yaralıların olduğu barədə məlumat daxil olduğunu deyən M.Cəlalov ehtiyac yaranacağı təqdirdə əraziyə əlavə briqadalar göndəriləcəyini bildirib.

Hadisəyə yaxın yaşayış məntəqələrindən əhali evakuasiya olunur.