Bakıda döyülüb küçəyə atılan 4 yaşlı uşaqla bağlı DƏHŞƏTLİ FAKTLAR – VİDEO

Astarainfo.az Xezerxeber.az-a istinadən xəbər verir ki, 4 yaşlı uşaq döyülərək küçəyə atılıb.

Azyaşlı polis əməkdaşları tərəfindən tapılıb. Uşağın dediyinə görə, onu valideynləri bu vəziyyətə salıb. Zorla diləndirilməyə məcbur edilən uşaq buna razı olmayanda işgəncəyə məruz qalıb və küçəyə atılıb. Hazırda polsi onun valideynlərini axtarır.

Şəkildə gördüyünüz bu balacanın adı Mikayıldır. 4 yaşlı uşağa edilən zorakılıq və işgəncənin izlərini də fotodan aydın görmək mümkündür.

4 yaşlı oğlan 26 avqust saat 23 radələrində Nərimanov rayon 18ci polis bölməsinin əməkdaşları tərəfindən küçədə tapılaraq uşaqlar birliyinin nəzdinə fəaliyyət göstərən uşaq sığınacağı reinteqrasiya mərkəzinə yerləşdirilib. Sığınacağın koordinatoru Vasif Akifli deyir ki, həftəsonu olduğundan uşağın hüquqları ilə bağlı heç bir quruma müraciət olunmamışdı. Amma bugündən artıq 4 yaşlı körpə ilə bağlı müəyyən işlərə start verilib. Uşağın özünü çəkə bilməməyimizin səbəbi isə onun xəstəxanada müayinələrdən keçməsidir:

Mikayıl özü də dilənmək istəmədiyi üçün döyüldüyünü təsdiqləyib. Lakin onun azyaşlı olduğu nəzərə alınaraq dedikləri hələ araşdırılır. Mikayıl iddia edib ki, o, daim fiziki zorakılığa məruz qalıb. Özü də təkcə valideynləri tərəfindən yox.

Körpə ilə sığınacaqda psixoloji reablitasiyalar aparılacaq. Müvəqqəti olaraq sığınacağa yerləşdirilən balacanın valideynlərinin artıq kimliyi də müəyyənləşdirilib. Hazırda onların axtarışlarına başlanıb.

Valideynlərin kimliyi və uşağa hansı səbəbdən işgəncə verilməsinin detalları yaxın vaxtlarda açıqlanacaq.