Başqırdıstanın paytaxtı Ufada park edilmiş avtomobildə bomba partlayıb.
Trend “RİA Novosti”yə istinadən xəbər verir ki, ticarət mərkəzinin yaxınlığında baş verən hadisə zamanı avtomobildə olan şəxs çoxsaylı xəsarət alıb.
İstintaq bunu şəxsi və ya məişət zəminində baş verən sui-qəsd kimi qiymətləndirib.