İki qitənin görüşdüyü yer

Bilirsiniz ki, Avrasiya ilə Amerika arasındakı çat İslandiyadan keçir?

Astarainfo.az Oxu.Az-a istinadən bildirir ki, İslandiya adası Avrasiya və Şimali Amerika litosfer plitələrinin kəsişməsində yerləşir. Planetimizin dərinliklərində daima hərəkət olduğu üçün bu plitələr də hərəkət edirlər. Onların toqquşduğu yerdə dağlar, ayrıldığı yerdə isə çatlar əmələ gəlir.

Şimali Amerika və Avrasiya plitələri ildə bir-birindən 2-7 sm uzaqlaşırlar. Məhz buna görə də burada nəhəng çat əmələ gəlib. Bu çat orada yerləşən Tinqvadlavatn gölünün dibini parçalayaraq Silfra dərəsini yaradıb. İsland dilindən tərcümədə “silfra” “gümüş ledi” anlamına gəlir.

XX əsrin əvvəlində burada YUNESKO-nun  Ümumdünya irsinə daxil olmuş Tinqvedlir milli parkı yaradılıb. İnanılmaz olsa da, burada quru ilə bir qitədən o birinə keçmək mümkündür.

Gölün suyu şirin və çox təmizdir, bəzi yerlərdə görünmə dərəcəsi 300 metrədək çatır.
Silfra dərəsində su o qədər soyuqdur ki, dalma zamanı nəfəs kəsilir. Gölə su yaxınlıqda yerləşən Launqyoyudl buzlaqdan axdığı üçün il boyu temperatur 2 dərəcə təşkil edir.