İranda baş vermiş zəlzələ nəticəsində azı 8 nəfər yaralanıb

İranın Şərqi Azərbaycan əyalətinin Şərəbiyan mahalında 4,9 bal gücündə zəlzələ baş verib.

Astarainfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzinə istinadla xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 03:44-də baş verib.

Episentri 6 kilometr dərinlikdə yerləşən zəlzələ bəzi evlərə ziyan vurub. Təbii fəlakət nəticəsində ən azı 8 nəfərin yaralandığı bildirilib.

Təbriz şəhərindən 100 kilometr cənubda yerləşən Şərəbiyan mahalına axtarış-xilasetmə dəstələri cəlb edilib.