ABŞ-ın Kaliforniya Universitetinin mütəxəssisləri yaşlanmanın sürətini azaldan faktorları açıqlayıb.
Astarainfo.az Ölkə.az-a istinadən xəbər verir ki, onlar az kalorili yeməklərin bioloji saatı qoruduğunu və yaşlanmanı gecikdirdiyini təsbit ediblər.
Elm adamları apardığı sınaqlarda 6 və 18 aylıq siçanların qara ciyərindən hüceyrə örnəkləri alıb. Həzm prosesində iştirak edən genetik hüceyrələrin günün bəlli saatlarında “söndürən” və “aktivləşdirən” mexanizmə sahib olduğunu aşkar edən alimlər bu mexanizmin iş prinsipinin yaş irəlilədikcə fərq ediləcək qədər dəyişikliyə uğradığını müşahidə ediblər.
Beləliklə, mütəxəssislər enerji dəyəri 30% və daha aşağı olan qidaların bioloji saatı qoruduğu qənaətinə gəliblər. Bununla da, fizioloji yaşlanma mərhələsinin yavaşladığını ortaya çıxarıblar.
Alimlərin verdiyi məlumata görə, buna bənzər mexanizm insan vücudunda da mövcuddur.