ABŞ dövlət katibi Reks Tillerson Dövlət Departamentinin xüsusi elçilərinin təqribən 30 vəzifəsini azaltmaq niyyətindədir.

Astarainfo.az “Report”-ə istinadən xəbər verir ki, bu barədə R.Tillersonun Senatın Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Bob Korkerə məktubunda deyilir.

R.Tillerson ABŞ-ın iqlim dəyişikliyi, Suriya, Sudan və Cənubi Sudan, Arktika və s. məsələlər üzrə nümayəndələrinin vəzifələrini ixtisara salmaq niyyətindədir.

“Hesab edirəm ki, Dövlət Departamenti bəzi elçilərini və xüsusi nümayəndələrini regional və funksional bürolarda birləşdirərək və ilkin məqsədinə çatanları uzaqlaşdıraraq missiyasını daha yaxşı yerinə yetirə biləcək”, – o məktubda yazıb.

Onun sözlərinə görə, Dövlət Departamentində təqribən 70 xüsusi nümayəndə var və bir çox hallarda xarici siyasət qurumunun mövcud büroları eyni vəzifələri daha effektiv şəkildə yerinə yetirə bilər.