Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda sentyabr ayında Bakıya səfər edəcək.
“Report”un məlumatına görə, bu barədə AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak öz “Twitter” səhifəsində yazıb.
Xatırladaq ki, AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycan üzrə növbəti hesabatı hazırlayırlar. S.Şennak bildirib ki, hesabatın ilkin versiyası cari ilin oktyabrında Strasburqda AŞPA-nın sessiyası çərçivəsində təqdim olunacaq və müzakirəyə çıxarılacaq.