Polşada dünyanın sayca 4-cü ən hündür binası tikiləcək.
AZƏRTAC “infuture.ru” saytına istinadla bildirir ki, “Varso Tower” (Varşava qülləsi) adlandırılan binanın Varşava şəhərində tikintisinə başlanılıb. Qüllə dünyanın ən tanınmış arxitektura şirkətlərindən biri – “Foster+Partners” tərəfindən layihə edilib. Binanın 2020-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub. Sahəsi 140 min kvadratmetr olacaq qüllənin hündürlüyü 300 metrdir.