Azərbaycan qadını fədakar , qayğıkeş , mədəni və iradəlidir. Tariximizin hər bir səhifəsində Azərbaycan qadınının şərəfli adı yazılıb .Tarix boyu Azərbaycan qadını cəmiyyətin müxtəlif sahələrində kişilərlə çiyin-çiyinə çalışmış, vətənin xoşbəxt gələcəyi uğrunda mübarizə aparmışdır .Müasir cəmiyyətimizin dinamik inkişafında, sülh məramlı qərarların qəbul edilməsində, gender bərabərliyi siyasətində, tariximizin bütün dönəmlərində qadınının özünəməxsus yeri olmuşdur .
Qadınları bəşəriyyətin sükançısı adlandıranlar heç də səhv etmirlər.Çünki dünyanı idarə edən dahidən tutmuş sadə zəhmət adamına qədər dünyaya gətirən onu cəmiyyət üçün formalaşdıran qadındır-anadır.
Ulu öndərimiz Heydər Əliyev Azərbaycan qadınına onun cəmiyyətdəki roluna xüsusi önəm verirdi.O, Azərbaycan qadını haqqında deyirdi: “Mən dünyanın çox yerini gəzmişəm, qadınlarını görmüşəm Azərbaycan qadını dünyanın bütün qadınlarından ən gözəli, ən ağıllısıdır.”
Azərbaycan qadını Ulu öndərin onlara verdiyi bu yüksək qiyməti həmişə təməli işləri ilə doğruldurlar.
Dünyamızı isidən günəşin şəfəqləri həmişə al-əlvan parlaqdır.Çünki onun zərrəsi belə göz qamaşdırır. Bu qüdrəti,əzəməti ona kainatı yaradan Allah verib. Allah öz lütfü ilə yaratdığı qullarının bir qisminə də, belə əzəməti , qüdrəti verir, onu şan-şöhrət sahibi edir.
Cəmiyyətimizin parlaq simalarından biri Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva öz coşqun, qaynar fəaliyyətilə demək olar ki, dünya miqyasında ad-sanı olan qadınlardandır. Yaddaşımızı vərəqlədikcə onun xoş məramları yada düşür və ruhumuza xoş ovqat qatılır.
Bəli, bu gün Mehriban xanımın fəaliyyəti nəinki ölkəmizdə, dünya miqyasında tanınmaqda və örnək götürülməkdədir.
Azərbaycan qadınını dünyada ölkəmizin birinci xanımı, Azərbaycan Respublikasının birinci vitse prezidenti , Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, YUNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ləyaqətlə təmsil edir.Onun simasında Azərbaycan qadınının bütün yüksək mənəvi-mədəni və əqli gözəlliyi görünür. O öz səmimiyyətinə, fədakarlığına, vətən qarşısındakı xidmətlərinə görə ümumxalq məhəbbəti qazanmışdır.Demokratik cəmiyyətin qurulmasında,bərabərhüquqlu cəmiyyətin yaradılmasında, qadınların iqtisadi, mədəni,sosial və siyasi sahələrində rolunun genişlənməsi , təhsil problemlərinin həll edilməsində,zorakılığın və ayrı-seçkiliyin bütün təzahürlərinin yox olmasında, gender bəraberliyinin təmin edilməsi istiqamətində gördüyü geniş miqqyaslı fəaliyyəti ilə ölkəmizdə və dünyada Azərbacan xalqının mövqeyini hər zaman qorumuş və yüksəkdə tutmuşdur.
Mehriban xanım Əliyeva hər şeydən əvvəl Ümummili Liderimiz Heydər Əliyev kimi dahi şəxsiyyətin müqəddəs ocağının təmsilçisi,ölkə başçısı möhtərəm prezidentimiz İlham Əliyev cənablarının ömür-gün yoldaşı,üç övlad anasıdır.
Mehriban xanım Əliyeva xalqımızın bu günü və gələcəyi üçün çox vacib olan neçə-neçə maraqlı layihənin müəlifidir.Onun səyləri nəticəsində “21-ci əsrdə qadınlara qarşı zorakılıq əleyhinə”, “Talassemiyasız həyat”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Kor və görmə qabiliyyəti zəif olan insanların İKT-yə çıxışının təmin edilməsi” layihələrinin həyata keçirilməsi məhz Mehriban xanımın və Heydər Əliyev Fondunun gördüyü fundamental işlərin bir hissəsidir.
Bu gün “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi uğurla həyta keçirilir. Respublikada saysız-hesabsız orta məktəb tikilmiş və bir sıra məktəblərdə əsaslı təmir işləri aparılmışdır. 1995-ci ildən aktiv fəaliyyətə başlayan Mehriban xanım Əliyeva hal-hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunu yaratmış və bununla da Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədi ilə üç dildə (Azərbaycan,İngilis, Rus )çap olunan “Azərbaycan-İrs” jurnalını təsis etmişdir.
2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilərək həmin vəzifədə özünün yüksək və gərgin fəaliyyətini nümayiş etdirə bilmişdir.
Mehriban Əliyeva Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədi ilə yaradılmış Heydər Əliyev Fondunun prezidentidir. 2004-cü il 10 mayda – Heydər Əliyevin doğum günündə təsis edilmiş, Heydər Əliyev Fondunun məqsədi milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etmək, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləmək, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərməkdən ibarətdir.
On üç illik fəaliyyəti dövrü ərzində Heydər Əliyev Fondu müxtəlif sahələri əhatə edən layihələri reallaşdırmağa, dünyanın nüfuzlu təşkilatları ilə əməkdaşlıq etməyə, möhtəşəm beynəlxalq konfrans və festivallar keçirməyə müvəffəq olmuşdur. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Müstəqil Azərbaycanımızın ictimai –siyasi, iqtisadi, mədəni həyatında Mehriban xanım Əliyevanın önəmli fəaliyyəti hər bir azərbaycanlının qəlbində sonsuz məhəbbət yaratmış və yaradacaqdır da!..
Astara Qəzetinin Baş redaktoru: Fəridə Söhrabqızı