Millimiz üzvləri xüsusi internat məktəbini ziyarət etdilər

Millimizin üzvləri Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən 4 nömrəli Respublika xüsusi internat məktəbini ziyarət ediblər.

Yığmanın baş məşqçi Robert Prosineçki, onun köməkçiləri və futbolçu heyəti sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum uşaqlarla görüşərək səmimi söhbət ediblər. Onlar, həmçinin, uşaqlarla futbol oynayıblar.

Qeyd edək ki, Azərbaycan millisi hazırda Norveçlə sentyabrın 1-də Osloda, San Marino ilə sentyabrın 4-də Bakıda keçirəcəyi oyunlara hazırlaşır.