Azərbaycan Muaytay–Tayboks Federasiyasının və “Free Fighting” peşəkar idman klubunun təşkilatçılığı ilə avqustun 31-də Bakıda tayboks döyüş növü üzrə peşəkarlar arasında açıq respublika çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə turnirlə bağlı avqustun 30-da təşkil olunan mətbuat konfransında məlumat verilib.
Qeyd olunub ki, turnirdə dörd ölkədən – Azərbaycan, Türkiyə, İran və Gürcüstandan ümumilikdə 26 idmançı mübarizə aparacaq. Yarışda Azərbaycan 10 boksçu ilə təmsil olunacaq. Beynəlxalq turnirin qalibləri Azərbaycan Muay-Tay Boks Federasiyası tərəfindən mükafatlarla təltif ediləcəklər