Günəşli yay günlərində eşşəkarısı və bal arılarının adamları sancması çox olur. Lakin bu həşəratlar bir-birini, necə, sanca bilərmi? Alimlər tədqiqat aparıblar və bu suala cavab verməyə hazırdırlar.
AZƏRTAC “Terrnews.com” saytına istinadla xəbər verir ki, tədqiqatçıların fikrincə, arılar nəinki ətrafdakıları, hətta bir-birini də sanca bilər. Bu cür hal, məsələn, bal arısının yad ailədən bal oğurlamaq cəhdi nəticəsində yarana bilər. Yəni bal arısı yad pətəyə girməyə çalışarsa, oradakı arılar özlərini müdafiə edəcək. Digər hal isə ondan ibarətdir ki, bal arıları bəzi zahiri fərqlərə görə bir-birinə hücum edir.
Ana arı, həmçinin öz rəqiblərini məhv edə bilər. Maraqlı odur ki, bir ailədə yalnız bir şah arı ola bilər. Yeni şah arı meydana gələrsə, əvvəlki onu dərhal məhv edəcək.