Çəkmə evdə yaşamaq ayda 1200 dollara başa gəlir

ABŞ-ın Texas ştatında nəhəng çəkmə formasında “Cowboy Boot House” adlanan maraqlı bir evcik tikilib.

Astarainfo.az AZƏRTAC-a istinadla bildirir ki, çox rahat və geniş evin sahəsi 216 kvadratmetr təşkil edir. Evin içərisində 2 yataq otağı, vanna otağı və mətbəx yerləşir. Evdəki spiralvari pilləkən vasitəsilə yataq otaqlarından birinə qalxmaq mümkündür.

Bu qeyri-adi ev ayda 1200 dollara arendaya verilir.