Parisin simvolu sayılan Eyfel qülləsinin 80 kilometr məsafədən də görünən işıq sisteminin təmirinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, Eyfel işıqlandırma sisteminin, lampalarının dəyişdirilməsi və yeniləmə işləri oktyabrın 10-dək davam edəcək.
Eyfel qülləsinin Əməliyyat Şirkətindən bildirilib ki, qüllənin təmirə ehtiyacı var və 2000-ci ildən etibarən Paris səmalarını işıqlandıran işıqlandırma sistemi oktyabrın 10-dək təmir olunacaq. Qüllənin işıqlandırma sistemi 1999-cu ilin dekabrın 31-də 2000-ci ilə keçidlə bağlı istifadəyə verilib.
Qüllə Gustave Eiffel tərəfindən 1889-cu ildə Fransa İnqilabının 100-cü ildönümü xatirəsinə və həmin il Parisdə təşkil edilən Dünya Sərgisi üçün 20 il ərzində inşa edilib. Eyfel qülləsi mühafizə edilərək 1980-ci illərə qədər radio-televiziya qülləsi kimi istifadə edilib. Kafe və restoranların yerləşdiyi qüllə ildə təxminən 7 milyon ziyarətçi qəbul edir.