“Milan”ın müdafiəçisi “Latsio”da

Qabriel Paletta “Milan”ı tərk edir.

Astarainfo.az Qol.az-a  istinadən yaydığı xəbərə görə, təcrübəli müdafiəçi karyerasını “Latsio”da davam etdirəcək.

Paytaxt klubu artıq Paletta ilə şəxsi müqaviləsinin detallarını razılaşdırıb. Keçidin rəsmiləşməsi üçün “Milan”ın razılığı lazımdır.

31 yaşlı futbolçu yeni klubu ilə “2+1” illik müqavilə imzalayacaq. Palettanın yeni iş yerindəki illik qazancı 1,2 milyon avro olacaq.