Ramos Pikenin müdafiəsinə qalxdı

İspaniya millisinin müdafiəçisi Serxio Ramos DÇ-2018-in seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı keçiriləcək oyundan öncə azarkeşlərə müraciət edib.

Astarainfo.az Qol.az-a istinadən yaydığı xəbərə görə, təcrübəli müdafiəçi “Santyaqo Bernabeu”da keçiriləcək matçda yığmadakı komanda yoldaşı, “Barselona”nın üzvü Jerar Pikenin azarkeşlərinin mənfi reaksiyası ilə qarşılaşacağından narahatdı:

“Millinin hər bir oyunçusuna hörmət olunmalıdı. Fərqi yoxdur bu Pikedir, ya başqası. Fanatlardan bizə dəstək olmalarını istəyirəm. Bizi qarşıda çox çətin qarşılaşma gözləyir”.

Xatırladaq ki, İspaniya – İtaliya matçı sentyabrın 2-də keçiriləcək və Bakı vaxtı ilə 22:45-də start götürəcək.