Səudiyyə Ərəbistanı Həcc icazəsi olmadığından yarım milyon insanı ziyarətə buraxmayıb.
“Report” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı hökumətindən bildirilib.
Məlumatda qeyd olunub ki, artıq təxminən iki milyon zəvvar Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına toplanıb.
Xəbərdə həmçinin vurğulanıb ki, Həcc ziyarəti müddətində müqəddəs məkanlarda 100 mindən çox polis, 155 sağlamlıq mərkəzi və 25 xəstəxanada 30 min tibb işçisi xidmət göstərəcək.