Azərbaycanda ilk dəfə olaraq magistral yolun kənarında xüsusi istirahət sahələri yaradılır.
“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu layihə yeni inşa edilən Ələt-Astara avtomo
bil yolunda gerçəkləşdirilir. Bu addımın atılmasında məqsəd yolun yeni tras üzrə inşa edilməsi, kənarlarının bağlı olması və yaşayış məntəqələrindən keçməməsidir.
Layihə üzrə müəyyən məsafələrdən bir bu cür istirahət sahələrinin yaradılması nəzərdə tutulub. Artıq bununla bağlı olaraq yeni yol boyunca xüsusi ərazilər ayrılıb və məlumatverici lövhələr də quraşdırılıb.
İstirahət sahələrində parkinq yerləri, yanacaqdoldurma məntəqəsi, kafe, istirahət üçün yerlər, tualet, market və sair iaşə obyektləri yerləşəcək.