Ağcabədidə canavarlar sürüyə hücum edib, 15 qoyun tələf olub

Ağcabədi rayonunda canavarlar sürüyə hücum edib.

Astarainfo.az”Report”-un Qarabağ bürosuna istinadən məlumat verir ki, hadisə rayonun Şənlik kəndi ərazisində baş verib. 

Belə ki, həmin kəndin sakini Arif Məmmədovun təsərrüfatına gecə saatlarında girən canavarlar 15 qoyunu tələf edib, 22 qoyunu isə yaralayıblar. Yaralı heyvanlara vaksinlərin vurlması üçün əraziyə baytarlar cəlb olunub.

Təsərrüfat sahibi A.Məmmədov “Report”un yerli bürosuna bildirib ki, ona 4000 manatdan çox ziyan dəyib.