Azərbaycanda “Elektron Təhsil” müsabiqəsi keçiriləcək

Azərbaycanda “Elektron Təhsil” respublika müsabiqəsi keçiriləcək.

Astrainfo.az bildirir ki, Təhsil Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, sentyabrın 6-da başlayacaq müsabiqənin əsas məqsədi tədris prosesində informasiya texnologiyalarına əsaslanan yenilikçi tədris üsullarını təşviq etməkdir.

Müsabiqə müəllim, şagird və tələbələr tərəfindən yaradılan elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmağa, tədris prosesində İKT-dən və elektron resurslardan fəal istifadə imkanlarını genişləndirməyə şərait yaradır.

Müsabiqə 3 istiqamət olmaqla, 6 nominasiya üzrə keçiriləcək. Müsabiqə ilə bağlı daha ətraflı məlumatı musabiqe.edu.az saytından almaq mümkündür.

“Elektron Təhsil” Respublika müsabiqəsində münsif və ya ekspert qismində iştirak etmək istəyən şəxslər bununla bağlı http://musabiqe.edu.az/news/14501/ linkinə daxil ola bilərlər.

Müsabiqə “AzEduNet”, “Ultra”, “Edumedia Azərbaycan”, “Nar” mobil operatoru və “Təhsildə İnnovativ Texnologiyar” əlavə təhsil mərkəzi tərəfindən dəstəklənir.

Müsabiqə qaliblərinə noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunaca