Bakıda iki sərnişin avtobusu toqquşub, 11 nəfər xəsarət aldı

 Astarainfo.az “Report”a istinadən bildirir ki, Zabrat qəsəbəsində 173 və 98 saylı marşrut avtobusların toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.

Yaralılardan ikisinin vəziyyəti ağırdır. Onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Hazırda yaralıların şəxsiyyəti müəyyənləşdirilir.