“CinemaPlus Azerbaijan”da “Peru” sənədli filminin premyera öncəsi nümayişi olub

Premium kinoteatr “CinemaPlus Azerbaijan”da keçmiş idmançı, qaydasız döyüş üzrə Respublika və beynəlxalq turnirlərin qalibi, məşhur ovçu – Faiq Babanlının iştirakı ilə “Peru” sənədli filminin premyera öncəsi nümayişi keçirilib.

Sənədli filmin nümayişindən öncə baş qəhrəman Faiq Babanlı qonaqları salamlayaraq və xoş seyr arzulayıb.

Faiq Babanlı dünyanın 73 ölkəsində olub. O, Afrikada, Amazon cəngərliklərində, Yeni Zelandiyada, Avstraliyada, Alyaskada, Qrenlandiyada, Kolumbiyada, Kamçatkada ov edib. Həmçinin o, Pamir, Tyan-Şan, Himalay, Pireney sıra-dağları kimi dünyanın ucqar yerlərində olub və öz kolleksiyasını artırmaqda davam edir.

Bu film Peruya ən təhlükəli və çətin səfərdən bəhs edir. Oradan hətta qayıtmamaq təhlükəsi də var idi. Ov qanununa görə cəngərliklərdə əgər yağış yağırsa və göydə ay görsənirsə demək heyvanlar gizlənəcəklər. Faiq Babanlı filmin rejissoru Asif İlyasov ilə məcbur olaraq cəngəlliklərin tropik yağışlı meşələrində maçete ilə özlərinə yol açaraq keçilməz dərinliklərə daxil olurdular.O faktı da diqqətdən qaçırmamaq lazımdır ki, bütün Cənubi Amerika ölkələrindən ən çox zəhərli ilanlar məhz Peruda yaşayır.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etməyə və kino dünyasının ən yaxşı premyeraları ilə Sizi sevindirməyə hazırdır.