Hyustonluların gözlənilməz qonaqları

“Xarvi” qasırğası bütün balıqları evlərə doldurdu

Amerikanın Texas şatının Hyuston şəhərində baş verən “Xarvi” qasırğasında 5 nəfər həlak olub, 15 nəfər yaralanıb və yüzlərlə ev yararsız hala düşüb.

Publika.az xəbər verir ki, yerli sakinlərdən biri su altında qalmış evinin içərisində çılpaq əlləri ilə balıq tutub.

Evində üzən balıqları lentə alan vətəndaş görüntüləri sosial şəbəkələrə yükləyib. Görüntülər sosial şəbəkələrdə 475 min istifadəçi tərəfindən bəyənilib və paylaşılıb. Şəbəkə istifadəçiləri videonun altına “yemək evinizin içinə qədər gəlib” rəylərini yazıblar.

Həmin görüntüləri təqdim edirik: