Amerika fond bazarında Dow Jones indeksi 0,12% – 21 892,43 bəndədək, S&P 500 0,46% – 2 457,59 bəndədək, NASDAQ isə 1,05% – 6 368,31 bəndədək bahalaşıb.
“APA-Economics” xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,38% – 7 365,26 bəndədək, Almaniya DAX-ı 0,47% – 12 002,47 bəndədək, Fransa CAC-40-ı isə 0,49% – 5 056,34 bəndədək bahalaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 5,70 dollar azalaraq 1 308,40 dollara, gümüş isə 0,09 dollar azalaraq 17,42 dollara satılıb.