Vaşinqtonda Azərbaycan xalçaları sərgisi keçiriləcək.

“Report” Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sərgi sentyabrın 7-də Yaxın Şərq İnstitutunda baş tutacaq.

Tədbirin qonaqları Azərbaycanın müxtəlif bölgələrinin xalçaçılıq sənətinin ənənələri ilə tanış olacaqlar.

Sərginin ardından rəsmi qəbul keçiriləcək.