Yekaterinburq-Bakı aviareysində 2 saat gecikmə olacaq

Rusiyanın “Ural Hava Yolları” şirkətinin Yekaterinburq Azərbaycan və Gürcüstana olan bugünkü reyslərində gecikmə olacaq. “Report”un məlumatına görə, Azərbaycana gələn sərnişinlər Yekaterinburqun “Koltsovo” hava limanında daha 2 saat vaxt keçirəcəklər.

Məlumata görə, Bakıya uçuş 18:50-yə müəyyən edilsə də sonradan bu, 20:00-a dəyişdirilib.

Qeyd edək ki, Batumi və Sankt-Peterburq reyslərində də gecikmələr nəzərdə tutulub.

“Ural Hava Yolları” şirkəti gecikmələrin səbəbini açıqlamır.