Azərbaycan taekvandoçuları Türkiyənin Çərkəzköy şəhərində təşkil edilmiş “Zəfər kuboku” beynəlxalq turnirində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, səkkiz ölkədən 375 idmançının iştirak etdiyi turnirdə Azərbaycan idmançıları 6 medal qazanıblar.

Medallardan ikisi yarışın son günü əldə olunub. Belə ki, 2 saylı “Gömrükçü” İdman Klubunun yetirmələri Mirhilal Həsənov (37 kq) və Cavid Məmmədov (54 kq) turnirdə gümüş medal qazanıblar.

Yarışın ilk günü isə Səadət Quliyeva (30 kq) gümüş, Zeynəb Məmmədova (30 kq), Osmanov Osman (33 kq) və Mehriban Məmmədova (44 kq) bürünc medallara layiq görülüblər.

Beləliklə, baş məşqçi Vurğun Cəfərovun rəhbərlik etdiyi komanda yarışda üç gümüş və üç bürünc medalla sahib olub.