Moskvada 200 mindən çox müsəlmanın iştirakı ilə Qurban bayramı keçirilir

Moskvada Qurban bayramına həsr edilmiş tədbirlərdə 200 mindən çox müsəlman iştirak edib.

Ölkə.Az” “RİA Novosti”-yə istinadən xəbər verir ki, bayram namazının qılınması üçün dindarlar Rusiya paytaxtının mərkəzi küçələrinə toplaşıblar.

Moskva polisinin əməkdaşları Rusiya Qvardiyası ilə birgə bayrama həsr edilmiş dini ayinlərin keçirildiyi yerlərdə təhlükəsizliyi təmin ediblər.

“İctimai asayişin pozulmasına yol verilməyib”, – deyə polisdən bildirilib.

Onu da qeyd edək ki, müsəlmanların Qurban bayramını sentyabrın 1-də qeyd etmələri ilə əlaqədar Rusiyada bəzi məktəblərdə yeni dərs ili münasibətilə “Bilik günü” tədbirləri təxirə salınıb.

Belə ki, bu məsələ Moskva, Sankt-Peterburq və bir sıra regionlarda əvvəlcədən müzakirə olunub və bəzi məktəblər dərs ilinə sentyabrın 4-dən başlamağı qərara alıblar.