“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Çelsi” növbəti transferini həyata keçirib.
Astarainfo.az Qol.az-a istinadən yaydığı xəbərə görə, London təmsilçisi “Lester”in yarımmüdafiəçisi Deniel Drinkuoteri heyətinə cəlb edib. 27 yaşlı oyunçu ilə 2022-ci ilin iyununa kimi müqavilə imzalanıb.
Qeyd edək ki, “Çelsi”nin bu transfer üçün 35 milyon funt sterlinq ödədiyi iddia edilir.