Rusiyada torpaq sürüşməsi – Turistlərlə əlaqə kəsilib

Rusiyanın Kabarda-Balkar Respublikasında turizm bölgəsində torpaq sürüşməsi baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 500-dən çox adamın ətraf aləmlə əlaqəsi kəsilib.

Hadisə yerində qalanların turist olduğu məlumat verilib.

Onlardan 133 nəfəri xarici turistlərdir. Hazırda bölgədə axtarış-xilasetmə işləri aparılır.