Ətrafınızda həqiqətən xoşbəxt olan evliliklər varmı? Belə bir evliliyin olması mükündürmü? Qarşılıqlı hörmət, sevgi varsa əslində bu çox asandır. Sadəcə olaraq bir neçə sirri bilmək və ona əməl etmək lazımdır.
A24.Az sevən cütlüklər üçün xoşbəxt evliliyin sadə sirlərini açıqlayır:
Özün ol, dürüst ol
Hamımız həqiqətən olduğumuzdan daha mükəmməl görsənmək istəyirik. Ona görə də səhvlərimizi gizlədirik. Ancaq bir evlilikdə mükəmməl olmağa ehtiyac yoxdur. Sadəcə, özünüz olun. Səmimi olmaq çox əhəmiyyətlidir. Həyat yoldaşınıza nə hiss etdiyinizi göstərməkdən qorxmayın. O, sizə ən yaxın adamdır. Narahatlığınızı bölüşün, çünki kimsə sizin ağlınızı oxuya bilməz. Problemlərin həlli danışmaqdan keçir.
Pozitiv olun
Şən insanlar hər zaman xoşbəxtlik gətirir və insanı mənfi hisslərdən uzaqlaşdırırlar. Hər kəs həyatında belə insanlara sahib olmaq istəyər. Daima narazı, şikayət edən biri qarşısındakı insanın ruhunu öldürür və əlaqələri məhv edir. Pozitiv olun. Əgər siz birlikdəsinizsə, heç bir şeyin sizin üçün əhəmiyyəti yoxdur. Uğurlarınız haqqında zarafat edin, nəticələri gülərək bölüşün.
Bir-birinizi dəstək olun
Hər kəsin özünü yaxşı hiss etmədiyi vaxtlar, pis günləri olur. Belə vaxtlarda həyat yoldaşınızın dəstəyinizi hiss etməsini təmin edin. Bundan başqa, həyat yoldaşınızın istək və ehtiyaclarına diqqət edin. Əgər həyat yoldaşınızın istəkləri sizinkindən fərqlidirsə, hörmətlə yanaşın.
Sevginizi göstərin
Sizin üçün əhəmiyyətli olan incəlikləri göstərmək və deməkdir. Ən kiçik şeyə görə minnətdar olun. Həyat yoldaşınıza nə qədər ehtiyacınız olduğunu göstərin. Özünüzə və xanımınıza dəyər verin.
Bir-birinizə vaxt verin
Cütlüklər 7 gün, 24 saat birlikdə ola bilməzlər. Həyat yoldaşınızın istədiyi şeylərlə vaxt keçirməsinə imkan verin və öz xobbinizdən də əl çəkməyin. Yalnız birlikdə xoşbəxt olun. Hər iki tərəf də yeni və həyəcanverici şeyləri münasibətlərə qataraq daha xoşbəxt ola bilər.
Hörmət edin
Həyat yoldaşınızla eyni fikirdə olmasanız belə, fikirlərinə və qərarlarına hörmət etmək vacibdir. Həyat yoldaşınızın dostlarına və ailəsinə də hörmətlə yanaşın. Hörmət bir münasibətdə inam hissi yaradır. Dava-dalaş edərkən belə hörmətli olun. Sözlərinizə diqqət edin.
Qısqanclığa yol verməyin
Qısqanc olmamağa çalışın, çünki bu sizin inamsızlıq və tərk edilmə qorxunuzun olduğunu göstərir. Qısqanclıqla yoldaşların bir-birlərini dəli etməsinə ehtiyac yoxdur. İnamsızlıq qarşılıqlı hissləri tarıma çəkir. Qısqanclığın münasibətinizi məhv etməsinə icazə verməyin.
Bir-birinizi dəyişdirməyə çalışmayın
Sevdiyiniz insanı olduğu kimi qəbul edin. Hər kəs bənzərsizdir. Həyat yoldaşınızın xüsusiyyətlərindən narahat olmaq mənasızdır. Amma pis bir vərdişi varsa, mübahisə etmədən danışın. Bir-birinizin xətalarını bağışlayın. Həyat yoldaşınızı danlamayın, şəxsiyyətini təhqir etməyin.
Gözəl anlar yaşayın
Cütüklər bir-biri ilə vaxt keçirərək gözəl anlar yaşayırlar. Səyahət, rəqs dərsləri, kurslar kimi həyəcanverici və əyləncəli bildiyiniz hər şeyi birlikdə yaşayın. Həyatınızı bölüşün. Televizor izləyərkən belə bir yerdə olun.
Sürpriz edin
Həyat yoldaşınızı şirin, kiçik şeylərlə təəccübləndirin. Sürprizlər, kiçik hədiyyələr, sevgi dolu qeydlər, gözlənilməz romantik şam yeməkləri sevgi hekayənizi yazmaq üçün başlanğıcdır.
Gözəl vaxt keçirin
Həyat yoldaşınızla vaxt keçirərkən diqqətinizi dağıtmayın. İş və gündəlik problemlərinizi evə gətirməyin. Özəl günlərinizin qədrini bilin. Bundan başqa, bir-birinizdən uzaqda olsanız belə gün ərzində sevginizi göstərin. Bu heç də çətin deyil.
Birlikdə xəyal edin
Hədəflərinizi birlikdə planlaşdırın. 5, 10 və ya 20 ildə nəyə nail olmaq istədiyiniz haqda düşünün. Bir-birinizi xoşbəxt edəcək zamanları düşünün və münasibətinizə məna qatın.
Vüsalə, A24.Az