Ətrafınızda həqiqətən xoşbəxt olan evliliklər varmı? Belə bir evliliyin olması mükündürmü? Qarşılıqlı hörmət, sevgi varsa əslində bu çox asandır.  Sadəcə olaraq bir neçə sirri bilmək və ona əməl etmək lazımdır.

A24.Az sevən cütlüklər üçün xoşbəxt evliliyin sadə sirlərini açıqlayır:

Özün ol, dürüst ol

Hamımız həqiqətən olduğumuzdan daha mükəmməl görsənmək  istəyirik. Ona görə də səhvlərimizi gizlədirik.   Ancaq bir evlilikdə  mükəmməl olmağa ehtiyac yoxdur. Sadəcə, özünüz olun. Səmimi olmaq çox əhəmiyyətlidir. Həyat yoldaşınıza nə hiss etdiyinizi göstərməkdən qorxmayın. O, sizə ən yaxın adamdır. Narahatlığınızı bölüşün, çünki kimsə sizin ağlınızı oxuya bilməz. Problemlərin həlli danışmaqdan keçir.

Pozitiv olun

Şən insanlar hər zaman xoşbəxtlik gətirir və insanı  mənfi hisslərdən uzaqlaşdırırlar. Hər kəs həyatında belə insanlara sahib olmaq istəyər. Daima narazı, şikayət edən biri qarşısındakı insanın  ruhunu öldürür və əlaqələri məhv edir. Pozitiv olun. Əgər siz birlikdəsinizsə,  heç bir şeyin sizin üçün əhəmiyyəti yoxdur. Uğurlarınız haqqında zarafat edin, nəticələri gülərək bölüşün.

Bir-birinizi dəstək olun

Hər kəsin özünü yaxşı hiss etmədiyi vaxtlar, pis günləri olur. Belə vaxtlarda həyat yoldaşınızın dəstəyinizi hiss etməsini təmin edin. Bundan başqa,  həyat yoldaşınızın istək və ehtiyaclarına diqqət edin. Əgər həyat yoldaşınızın istəkləri sizinkindən fərqlidirsə, hörmətlə yanaşın.

Sevginizi göstərin

Sizin üçün əhəmiyyətli olan incəlikləri göstərmək və deməkdir. Ən kiçik şeyə görə  minnətdar olun.  Həyat yoldaşınıza nə qədər ehtiyacınız olduğunu göstərin. Özünüzə və xanımınıza dəyər verin.

Bir-birinizə vaxt verin

Cütlüklər 7 gün, 24 saat birlikdə ola bilməzlər. Həyat yoldaşınızın istədiyi şeylərlə vaxt keçirməsinə imkan verin və öz xobbinizdən  də əl çəkməyin. Yalnız birlikdə xoşbəxt olun. Hər iki tərəf də yeni və həyəcanverici şeyləri münasibətlərə qataraq daha xoşbəxt ola bilər.

Hörmət edin

Həyat yoldaşınızla eyni fikirdə olmasanız belə, fikirlərinə və qərarlarına hörmət etmək vacibdir.  Həyat yoldaşınızın dostlarına və ailəsinə də hörmətlə yanaşın. Hörmət bir münasibətdə inam hissi yaradır. Dava-dalaş edərkən belə hörmətli olun. Sözlərinizə diqqət edin.

Qısqanclığa yol verməyin

Qısqanc olmamağa çalışın, çünki bu sizin inamsızlıq və tərk edilmə qorxunuzun olduğunu göstərir. Qısqanclıqla yoldaşların bir-birlərini dəli etməsinə ehtiyac yoxdur. İnamsızlıq qarşılıqlı hissləri tarıma çəkir.  Qısqanclığın münasibətinizi məhv etməsinə icazə verməyin.

Bir-birinizi dəyişdirməyə çalışmayın

Sevdiyiniz insanı olduğu kimi qəbul edin. Hər kəs bənzərsizdir. Həyat yoldaşınızın xüsusiyyətlərindən narahat olmaq mənasızdır. Amma  pis bir vərdişi varsa,  mübahisə etmədən danışın. Bir-birinizin xətalarını bağışlayın. Həyat yoldaşınızı danlamayın, şəxsiyyətini təhqir etməyin.

Gözəl anlar yaşayın

Cütüklər bir-biri ilə vaxt keçirərək gözəl anlar yaşayırlar.  Səyahət, rəqs dərsləri, kurslar kimi həyəcanverici və əyləncəli bildiyiniz hər şeyi birlikdə yaşayın. Həyatınızı bölüşün. Televizor izləyərkən belə bir yerdə olun.

Sürpriz edin

Həyat yoldaşınızı şirin, kiçik şeylərlə təəccübləndirin. Sürprizlər, kiçik hədiyyələr, sevgi dolu qeydlər,  gözlənilməz romantik şam yeməkləri sevgi  hekayənizi yazmaq üçün başlanğıcdır.

Gözəl vaxt keçirin

Həyat yoldaşınızla vaxt keçirərkən diqqətinizi dağıtmayın. İş və gündəlik problemlərinizi evə gətirməyin. Özəl günlərinizin qədrini bilin.  Bundan başqa, bir-birinizdən uzaqda olsanız belə gün ərzində  sevginizi göstərin. Bu heç də çətin deyil.

Birlikdə xəyal edin

Hədəflərinizi birlikdə planlaşdırın. 5, 10 və ya 20 ildə nəyə nail olmaq istədiyiniz haqda  düşünün. Bir-birinizi xoşbəxt edəcək zamanları düşünün və münasibətinizə məna qatın.

Vüsalə, A24.Az