Somalinin şimal-şərqində baş vermiş partlayış nəticəsində ən azı 12 nəfər həlak olub.

Trend-in məlumatına görə, partlayış cümə günü Puntlend rayonunun yaşayış məntəqələrinin birində baş verib. Həlak olanların arasında hərbçilər və dinc sakinlər var.

Baş vermiş partlayışa görə məsuliyyəti “Əl-Qaidə”yə bağlı “Əş-Şabab” qruplaşması öz üzərinə götürüb.