Azərbaycan Prezidenti İlham Əliyev San-Marino Respublikasının Kapitan-Regentləri Zati-aliləri xanım Mimma Zavoliyə və xanım Vanessa D’Ambrosioya təbrik məktubu göndərib.
“Report” xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri,
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost San-Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.