Böyük Britaniyanın Sent-Endryus universitetinin alimləri qədim şahmat məsələsinin həllinə görə bir milyon dollar təklif edirlər. 

Oxu.Az-ın xəbərinə görə, bu barədə universitetin saytında məlumat verilir.

Səkkiz vəzir haqqında (Eight queens puzzle) məsələ on doqquzuncu əsrin ortalarında tərtib edilib. Məsələnin mahiyyəti ondan ibarətdir ki, şahmat lövhəsində səkkiz vəziri elə qoymaq lazımdır ki, onlardan heç biri digərinin vurmasın. Vəzir hər bir damanı vurur: üfüqi, şaquli və diaqonal.

64 damalı standart lövhə üçün cavab hələ 1850-ci ildə tapılıb. Lakin lövhənin damalarının və fiqurların sayını artırdıqca məsələ çətinləşir. Tədqiqatçıların sözlərinə görə, lövhənin ölçüsünü 1000 damaya 1000 artırdıqda kompüter proqramları işləmir.

Professor Yan Gent hesab edir ki, bu məsələnin cavabının alqoritmini tapan şəxs, öz proqramını digər problemlərdə, o cümlədən, internetdə kodların şifrələnməsinin açılmasında istifadə edə biləcək.