Bu gün ABŞ prezidenti Donald Tramp güclü “Harvi” qasırğasından zərər çəkən Texas və Luiziana ştatlarına səfər edəcək.
“Report” ABŞ mətbuatına istinadən xəbər verir ki, dövlət başçısının həmçinin Hyuston və Leyk-Çarlz şəhərlərində fəlakət nəticəsində zərər çəkmiş şəxslərlə görüşəcəyi gözlənilir.
Qeyd edək ki, avqustun 29-da D.Tramp və həyat yoldaşı Melaniya Tramp təbii fəlakət zonasında olublar. Bundan əlavə, ABŞ prezidenti qasırğadan əziyyət çəkənlərə kömək məqsədilə şəxsi büdcəsindən 1 milyon dollar ayırıcağını açıqlayıb.
CNN-in məlumatına görə, ABŞ-da “Harvi” qasırğasının qurbanlarının sayı 47-yə çatıb. 1 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.