Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev “Qarabağ”a keçidi haqda fikirlərini bölüşüb.

“Ölkə.Az” goal.az-a istinadən xəbər verir ki, 21 yaşlı hücumçu məqsədinin əsas heyətdə oynamaqdan ibarət olduğunu bildirib: “Danışıqlar aparıldı, razılaşdıq və müqavilə bağladıq. Bu keçidə çox şadam. Əsas heyət barədə düşünmürəmsə, niyə bura gəlmişəm və futbolu niyə oynayıram?”

Xatırladaq ki, Ramil Şeydayev “Qarabağ”a Türkiyə “Trabzonspor”undan icarə əsasında keçib. Onunla bir illik müqavilə imzalanıb.