Amerika tankları və digər zirehli maşınlar “Agile Spirit 2017” təlimlərində iştirak etmək üçün Gürcüstana gətirilib.

Astarainfo.az Ölkə.Az -a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, “M1 Abrams” və LAV zirehli transportyorları da daxil olmaqla Amerika hərbi texnikası Qara dənizdəki Poti limanına gətirilib.

Texnika dəmir yolu vasitəsilə Samtsxe-Cavaxeti regionundakı Orfolo poliqonuna aparılacaq.

“Təlimlərin keçirilməsində məqsəd NATO çevik əməliyyat qüvvələrinin tərkibində birgə əməliyyatlarda iştirak etməyə hazır olmaqdır”, – deyə məlumatda bildirilir.

Təlimlər sentyabrın 3-dən 11-dək keçiriləcək.