ABŞ Prezidenti Donald Tramp və Yaponiyanın Baş naziri Şinzo Abe telefon danışığı zamanı böyüməkdə olan Şimali Koreya problemini müzakirə ediblər.
AZƏRTAC Anadolu agentliyinə istinadla məlumat verir ki, bu barədə Ağ Ev yazılı bəyanat yayıb.
Açıqlamada, ABŞ və Yaponiya liderlərinin Şimali Koreyaya qarşı təzyiqi “ən yüksək səviyyəyə qaldırmaq” məsələsində razılığa gəldiyi bildirilir.
Şimali Koreyanın xüsusilə ABŞ, Yaponiya və Cənubi Koreyaya qarşı təhdidinin müzakirə olunduğu telefon danışığımda Trampın BMT meyarları əsasında üç ölkənin yaxın əlaqəsinin əhəmiyyətinə diqqət yetirdiyi qeyd edilib.