Fransada aparılan araşdırmalar zamanı bu il ərzində 109 qadının ailədaxili münaqişələr nəticəsində öldüyü məlum olub.
AZƏRTAC fransız KİV-lərinə istinadla xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, öldürülənlərin 29-u kişi, 9-u uşaqdır.
Məlumatda bildirilir ki, bu, 2016-cı ildə Fransada baş verən ümumi cinayətlərin 15,49 faizini təşkil edir.
Qeyd edək ki, ötən il bu ölkədə 138 nəfər ailədaxili münaqişələrin qurbanı olub.