Gəncədə intihar hadisəsi baş verib.

Astarainfo.az APA-ya istinadən xəbər verir ki, hadisə “Hərbi şəhərcik” adlanan yaşayış massivində qeydə alınıb.

1995-ci il təvəllüdlü Ələkbərov İbrahim Əzim oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Onun hansı səbəbdən özünü öldürdüyü hələ ki, məlum deyil.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.