Qubada intihar hadisəsi baş verib.
Astarainfo.az”Report”un Şimal bürosuna istinadən xəbər verir ki, rayonun Talabı kənd sakini, 1985-ci il təvəllüdlü Müzəffərov Samir Babaşah oğlu özünü asaraq öldürüb.
Ş.Müzəffərov 3 uşaq atası idi.
Faktı Quba Rayon İcra Hakimiyyətinin Talabı kənd İƏV nümayəndəsi Xanlar Heybətov və kənd sakinləri də təsdiq edib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.