DÇ-2018-in seçmə mərhələsində öz meydanında San Marino ilə qarşılaşacaq milli komandamızın start heyəti bəlli olub.

Astarainfo.az Ölkə.Az-a istinadən  xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Robert Prosineçki açıqlama verib.

Xorvatiyalı çalışdırıcı oyundan əvvəl keçirilmiş mətbuat konfransında “ilk 11-liy”i açıqlayıb.

Əsas komandamız sabahkı oyuna aşağıdakı futbolçularla başlayacaq.

Səlahət Ağayev – Rəşad Sadıqov, Tərlan Quliyev, Məhəmməd Mirzəbəyov, Təmkin Xəlilzadə – Rahid Əmirquliyev, Cavid Hüseynov, Riçard Almeyda – Əfran İsmayılov, Araz Abdullayev, Ramil Şeydayev.