Somalidə terrorçular Kismayo liman şəhəri ərazisindəki Cubalend hərbi bazasına hücum edib. 26 hərbçinin həlak olduğu bildirilir.
Publika.az xəbər verir ki, hadisəyə görə məsuliyyəti “Əş-Şabab” terror qruplaşması üzərinə götürüb.
Hücum bu gün səhər saatlarında baş verib. Hücum nəticəsində iki avtomobil yandırılıb, daha üç maşın bazadan aparılıb.