Balakəndə yük avtomobili yanıb

Balakəndə yanğın hadisəsi qeydə alınıb.

Astarainfo.az APA-ya istinadən verdiyi xəbərə görə, Balakən rayonu, Katex kəndində “QAZEL” markalı yük avtomobilinin mühərrik və kabina hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və banına yığılmış 3 ton findıq yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb