Bu gün Azərbaycan milli komandası San Marino yığması ilə qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində VIII tur matçına çıxacaq. 

Astarainfo.az”Report”-a istinadən məlumat verir ki, rəqib San Marino yığması olacaq.

“Bakcell Arena”da keçiriləcək görüş saat 20:00-da başlanacaq. 7 turdan sonra Azərbaycanın 7 xalı varsa, San Marino xalsızdır. Bu səbəbdən Robert Prosineçkinin baş məşqçi olduğu kollektiv qələbə qazansa, tarixində ilk dəfə seçmə mərhələdə 10 xal toplayacaq və 3-cü pilləyə yüksəlmək imkanı qazanacaq. Bunadək ən yaxşı göstərici DÇ-2014-ün seçmə tsiklində qazanılan 9 xal olub.

İki komanda arasında San Marinoda keçirilmiş görüşdə Azərbaycan millisi Ruslan Qurbanovun vurduğu qolla qələbə qazanıb. Bugünkü görüşdə isə cəza səbəbindən Bədavi Hüseynov, Maksim Medvedev və Dmitri Nazarov iştirak etməyəcək. Prosineçki Norveçlə ötən oyundakı heyətdən cəmi 3 futbolçuya – kapitan Rəşad Sadıqov, həmçinin yarımmüdafiəçi Cavid Hüseynovla Riçard Almeydaya yer verəcək.

DÇ-2018-in seçmə mərhələsi

C qrupu

20:00. Azərbaycan – San Marino

Baş hakim: Nikola Dabanovic

Baş hakimin köməkçiləri: Milutin Djukic, Jovica Tatar

Dördüncü hakim: Pavle Radovanovic

(Hakimlər Monteneqrodandır)

Hakim-inspektor: Kaj Ostergaard (Danimarka)

Komissar: Oljas Abrayev (Qazaxıstan)